02.09.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Şəhərlərarası sərnişindaşımada avtobus parkı yenilənir

29 avq 2025 18:03
GÜNDƏM
ads
Advertisement

Sumqayıtdan fəaliyyət göstərən 34 reys üzrə bu günədək 24 müsabiqə keçirilib.

Qutb.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, AYNA tərəfindən şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması daim diqqətdə saxlanılır.

Bildirilib ki, Sumqayıtdan ölkənin müxtəlif şəhər və rayonlarına fəaliyyət göstərən 34 reys üzrə bu günədək 24 müsabiqə keçirilib. Bu müsabiqələr əsasında sərnişindaşıma fəaliyyətinə 15 yeni və müasir avtobus cəlb edilib. Bu, avtobus parkının 45%-nin müasir nəqliyyat vasitələri ilə əvəzlənməsi deməkdir.

Məlumatda qeyd edilib ki, reyslərin 70%-i onlayn bilet satışı üçün “biletim.az" portalına inteqrasiya olunub:

“Sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrinin yenilənməsi və bütün reyslərin “biletim.az” portalına inteqrasiyası istiqamətində işlər davam etdirilir”.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur