Fevralın 10-dan Zığ qəsəbəsi - "Neftçilər" metro stansiyası istiqamətində fəaliyyət göstərən 43 nömrəli şəhərdaxili, fevralın 11-dən isə Ramana qəsəbəsini "8-ci kilometr bazarı" ilə əlaqələndirən 214 nömərli şəhərətrafı müntəzəm marşrutları nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək
Publika.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
"AYNA tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.",- deyə qurumdan bildirilib.