29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bacısını instaqrama görə öldürən qardaş tutuldu -

27 noy 2023 07:00
HADİSƏ
ads

Prokurorluq Gəncədə qardaşın bacısını qətlə yetirməsi barədə məlumat yayıb.

Gəncə şəhər prokurorluğundan Milli.Az-a verilən məlumata görə, noyabrın 27-də saat 01 radələrində Gəncə şəhər sakini 2001-ci il təvəllüdlü Pəri Allahverdizadənin yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2001-ci il təvəllüdlü Əli Allahverdizadənin aralarında yaranmış mübahisə zamanı Pəri Allahverdizadəyə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Allahverdi-Zadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

-----

06:55



Gəncədə qətl hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb. Belə ki, qardaş bıçaqla bacısını qətlə yetirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib. O, instaqramdan istifadə etdiyi üçün bacısının boğazını kəsərək qətlə yetirib.

Qeyd edək ki, Əli Allagverdizadə hərbçidir.

Milli.Az


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur