28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Azərbaycanda məhbus polkovnikdən həbsdəki hərbçiyə qarşı ŞOK FIRILDAQ

09 avq 2024 16:00
GÜNDƏM
ads
Advertisement

Həbsdə saxlanıldığı cəzaçəkmə müəssisəsində məhbus yoldaşına qarşı dələduzluq etmiş polkovnik rütbəli şəxs barəsində yeni cinayət işi açılıb.

QÜTB.AZ-ın əldə etdiyi məlumata görə, bir neçə il əvvəl ağır cinayət əməllərində təqsirləndirilən C. Hüseynov həbsdə saxlanılan keçmiş hərbçi T. Talıbovu aldadaraq onun yaxınlarından 22 min manat pul alıb.

Əvvəllər yüksək vəzifədə çalışmış və törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmiş C. Hüseynov məhkəmədə yaxın tanışlarının olduğunu bildirərək T. Talıbovu azadlığa çıxaracağına inandırıb. Bu yolla o, keçmiş zabitin yaxınlarından 22 min manat pul alıb.

Lakin sonradan C. Hüseynovun dələduzluq əməli üzə çıxıb və onun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü, yəni dələduzluq maddəsi ilə yeni cinayət işi açılıb. Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmədə bildirilib ki, C. Hüseynova əvvəlki əməllərinə görə 2018-ci ildə 13 il 6 ay həbs cəzası təyin edilib. Onun cəzası yeni iş üzrə təyin edilmiş cəza ilə birləşdirilərək 16 il edilib.

Bundan başqa, C. Hüseynovun aldadaraq aldığı 22 min manatın zərərçəkmiş hərbçinin ailəsinə qaytarılması da hökmdə qeyd edilib.

Turqut Seyidov

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur