Almaniya bu il 124 625 viza verib. Bu vizaların çoxunun Türkiyədən gələn ailə üzvlərinə verilməsi diqqət çəkib.
Publika.az xəbər verir ki, bu il Almaniyada "ailə birləşməsi" üçün təxminən 125 min viza verilib. 2022-ci ildə ailə birləşməsi vizalarının sayı 117 000 olub.
124 625 vizadan yalnız 10 570-i qaçqın kimi tanınan şəxslərin ailə üzvlərinə, 12 067-si əlavə müdafiə hüququ olan şəxslərə və 254-ü sığınacaq hüququna uyğun Almaniyada yaşayan qaçqın olmayan şəxslərin əcnəbi ailə üzvlərinə verilib.
“Ümumi ailə birləşməsi” üçün verilən vizaların sayı xeyli artıb. Verilən 124 625 vizanın 12 536-sı Türkiyədən gələn ailə üzvlərinə verilib. Bu növ vizanın çoxunun Türkiyədən gələn ailə üzvlərinə verilməsi diqqət çəkib.
Aysel Şahmar