01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Azərbaycanda 21 yaşlı qadın əməliyyatdan sonra öldü

08 noy 2023 04:00
HADİSƏ
ads
Advertisement

Qusarda 21 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.

Milli.Az bildirir ki, Xezerxeber.az-ın məlumatına görə, Xaçmaz rayon Çiləgir kənd sakini, 21 yaşlı Aysel Babayeva qadın xəstəliyi ilə bağlı rayon xəstəxanasının doğum şöbəsinə müraciət edib.

Həkimlər yumurtalıq hissəsində şiş olması barəsində ona məlumat verməyiblər.

Oktyabrın 23-ü yenidən özünü narahat hiss edən gənc qadın yaxınlarının köməyilə Qusar Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edib.

Yaxınlarının sözlərinə görə, anidən halı pisləşən qadın müayinə üçün xəstaxanaya aparılıb. Müayinə olunduqdan sonra əməliyyata alınıb.

Mərhumun qayınanası İlhamə Babayeva deyib ki, gəlini həkim-ginekoloq Yelena Tağıyeva tərəfindən əməliyyat olunub. Əməliyyatdan iki gün sonra isə verilən narkozun təsirindən ayılmayaraq dünyasını dəyişib.

Qusar Mərkəzi Xəsətxanasının həkim-ginekoloqu Yelena Tağıyeva da məsələyə münasibət bildirib.

Həkimin sözlərinə görə, Aysel Babayeva xroniki qaraciyər çatışmazlığından əziyyət çəkib. Bunu ekspertiza da göstərib, amma tam yekun qərar ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur