05.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Yaponiyada zəlzələ qurbanlarının sayı 161-ə çatdı

08 yan 2024 04:00
GÜNDƏM
ads

Yaponiyanın İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 161-ə çatıb.

Publika.az Yaponiya mediasına istinadla xəbər verir ki, dağıdıcı zəlzələ nəticəsində 500-dən çox xəsarət alan var. İtkin düşənlərin sayı 103 nəfərdir. Hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Yağışlı hava şəraiti axtarış işlərinə mənfi təsir edir.

Qeyd edək ki, Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də İşikava prefekturasının Noto yarımadası yaxınlığında, Yapon dənizində bir neçə yeraltı təkanın qeydə alındığını, onlardan ən güclüsünün yerli vaxtla saat 16:10-da 7,6 bal gücündə olduğunu açıqlayıb. Yeraltı təkanlar yaşayış binaları, fərdi evlərlə yanaşı, infrastruktura, kommunikasiya xətlərinə, su və elektrik təchizatı sisteminə ciddi ziyan vurub.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur