25.07.25 | Bakı 27.03° C |
10:06:25
Lent :

Xəzərdə suyun səviyyəsi rekord həddə düşüb: balıqlar və suitilər təhlükədə

24 iyl 2025 14:00
DÜNYA
ads

Xəzər dənizində suyun səviyyəsi rekord həddə düşüb.

Qutb.az xəbər verir ki, bu barədə TASS-a açıqlamasında Rusiyanın Xəzər Elmi-Tədqiqat Balıqçılıq İnstitutunun (KaspNIRX) mütəxəssisləri məlumat veriblər.

Baltik sisteminə əsasən, dənizin səviyyəsi mənfi 29 metrdən aşağı olub.

Ən ciddi dayazlaşma dənizin Rusiya və Qazaxıstan sahillərini əhatə edən dayaz şimal hissəsində müşahidə olunur. Burada suyun çəkilməsi birbaşa balıqların və dəniz canlılarının yaşayış şəraitinə mənfi təsir göstərir. Xüsusilə, Volqa çayının Xəzərə axınının azalması və ümumi səviyyənin enməsi çay və dəniz balıqlarının, o cümlədən Xəzər siyənəyinin çoxalmasına ciddi maneələr yaradır. Eyni zamanda, nadir növ olan Xəzər suitisinin nəsli də təhlükə altına düşür.

Mütəxəssislərin fikrincə, suyun səviyyəsində enmə tendensiyası xüsusilə 2020-ci ildən sonra kəskinləşib. 2022-2023-cü illər ərzində Xəzər dənizi 29 santimetr su itirib. Bu prosesin əsas səbəbləri kimi iqlim dəyişikliyi, qlobal istiləşmə, istixana qazlarının artması və çaylardan suyun həddindən artıq götürülməsi göstərilir.

Proqnozlara görə, yaxın 5-6 ildə Volqada suyun azalması davam edərsə, Xəzərin səviyyəsi daha bir metr enə bilər.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
27.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur