10.10.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Putinin çıxışından dərhal sonra dron hücumu

03 okt 2025 22:00
DÜNYA
ads
Advertisement

Oktyabrın 2-də axşam saatlarında Soçi şəhərinə Ukrayna ordusuna məxsus dronlarla hücum edilib.

Qutb.az xəbər verir ki, hadisə Rusiya Prezidenti Vladimir Putinin Soçidə keçirilən “Valday” beynəlxalq diskussiya klubunun plenar sessiyasındakı dörd saatlıq çıxışını başa vurmasından az sonra baş verib.

Təxminən saat 22:30-da (Bakı vaxtı ilə 23:30) Soçi və Qelendjik hava limanlarının fəaliyyəti dayandırılıb. Yarım saat sonra şəhər meri Andrey Proşunin dron hücumu təhlükəsi barədə xəbərdarlıq edib. Şahidlər hava hücumundan müdafiə sistemlərinin atəş açdığını, səmada partlayış səslərinin eşidildiyini bildiriblər. 

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 21:30-dan səhər 07:00-dək hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələri Qara dəniz üzərində 11, Krımda isə 4 dronu məhv edib. Soçi və Qelendjik hava limanlarında tətbiq edilən məhdudiyyətlər yeddi saat davam edib. Bu müddətdə Soçiyə enməli olan 10 təyyarə alternativ aeroportlara yönləndirilib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur