24.02.25 | Bakı 0.03° C |
10:06:25
Lent :

Yaşamağın mümkün olduğu yeni planet kəşf edildi

24 fev 2025 09:00
GÜNDƏM
ads
Advertisement

Astronomlar Yerə nisbətən yaxın məsafədə yerləşən və yaşamağın mümkün olduğu şəraitə sahib ola biləcək yeni bir planet kəşf ediblər. Bu planetin adı “HD 20794 d”dir və onun kütləsi Yerinkindən təxminən altı dəfə çoxdur.

 

Qutb.az xarici KİV-ə istinadla xəbər verir ki, araşdırma “Astronomy & Astrophysics” elmi jurnalında nəşr edilib. Burada ən maraqlı xüsusiyyət planetin öz ulduzunun yaşamağın mümkün olduğu zonada yerləşməsidir. Yəni burada suyun mövcud olması mümkündür. Çünki bir planet ulduzuna çox yaxın olarsa, su buxarlanır, çox uzaqda olarsa, donur. “HD 20794 d” isə bu istilik balansını qoruma potensialına malikdir. Bu planet “82 G. Eridani” adlı bir ulduzun ətrafında dövr edir. Bu ulduz Günəşdən bir qədər kiçik, daha yaşlı və bir az daha sönükdür. Planetin ulduzuna olan məsafəsi eliptik orbitə görə dəyişdiyindən, bəzən daha isti, bəzən isə soyuq olur. Yəni, planetin ulduzuna ən uzaq nöqtədə olduğu zaman suyun donma ehtimalı var.

 

Alimlər bu planetin daha yaxından araşdırılmasının vacib olduğunu düşünürlər. Oksford Universitetinin astrofiziki Maykl Kretinyer bildirib ki, bu planetin həqiqətən varlığının təsdiqlənməsi onun üçün böyük bir sevinc olub. Üstəlik, dünyaya nisbətən yaxın olması sayəsində gələcəkdə daha ətraflı müşahidə aparmaq və hətta planetin fotoşəkillərini çəkmək mümkün ola bilər.

 

Tədqiqatçılar “HD 20794 d” planetinin atmosferində həyat əlamətləri axtarmağı planlaşdırırlar. Gələcək teleskop missiyaları və yeni texnologiyalar bu ekzoplanet barədə daha çox məlumat əldə etməyə kömək edə bilər.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
146 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
0.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur