Suriyanın Deyr əz-Zor əyalətində İŞİD yaraqlılarının avtobusa hücumu nəticəsində 20 suriyalı hərbçi həlak olub.
Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə RİA Novosti Suriya təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
10 nəfərin də yaralandığı bildirilir.
Agentliyin məlumatına görə, silahlıları Bədiyat əl-Məyadin səhrasında hərbçilərin olduğu avtobusu pusquya salıblar.
Bundan əvvəl İŞİD Pakistanın şimal-qərbində baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Milli.Az