28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

ABŞ Gürcüstanı hədələdi: Risk edirsiniz

02 may 2024 07:00
GÜNDƏM
ads

Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Gürcüstan anti-Qərb ritorikasına və xarici agentlər qanun layihəsinə görə Avropa İttifaqı və Şimali Atlantika Alyansına üzvlük perspektivlərini riskə atıb.

Publika.az xəbər verir ki, onun sözlərinə görə, Gürcüstan hökumətinin hərəkətləri və bəyanatları NATO və Aİ-yə üzvlüyün əsasını təşkil edən demokratik dəyərlərlə bir araya sığmır.

“Digər şeylərlə yanaşı, hakimiyyətin bu cür hərəkətləri Gürcüstanın Avro-Atlantik inteqrasiya yolunu təhlükə altına qoyur”, - Miller qeyd edib.

O aydınlaşdırıb ki, Amerika Birləşmiş Ştatları 32 ildir Gürcüstan iqtisadiyyatına yardım edir və buna cavab olaraq Tbilisi bu əməkdaşlığı düzgün səciyyələndirmir.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur