Aprelin 22-də saat 20:10-dan 20:30-a kimi Əskipara (Voskepar) - Aşağı Əskipara ərazisində, çayın sol hissəsində və Bağanis Ayrımdan 750 m şimal-şərqdə minatəmizləmə işləri çərçivəsində partlayış baş verəcək.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.
“Qonşu ərazidə yaşayan sakinlərdən panikaya düşməmələri xahiş olunur”, - məlumatda bildirilib.
Qeyd edək ki, Qazaxın işğal altında olan 7 kəndindən anklav olmayan 4-nün qaytarılması barədə razılaşmadan sonra Ermənistan MN ərazidə minatəmizləmə işləri aparır və postlarını sökür.