Türkiyədə özünü 5-ci mərtəbədən ataraq intihar edən "TikTok" fenomeni Kübra Aykutun ölümündən 5 saat əvvəl sosial şəbəkədə paylaşdığı videolar ortaya çıxıb.
QÜTB.AZ xəbər verir ki, hadisə İstanbulun Sultanbəyli səmtində, Həsənpaşa məhəlləsində baş verib.
“Özümə layiqli bəy tapa bilmirəm” deyərək özü-özünə toy təşkil edən Aykut yaşadığı mənzilin 5-ci mərtəbəsindən özünü ataraq intihar edib.
İntihardan sonra polis qrupları çilingərlərin köməyi ilə evə girib.
Onlar Kübra Aykutun ölümündən əvvəl yazdığı, üzərində telefonun şifrəsinin də olduğu intihar məktubu tapıb. Polis Aykutun telefonundan onun 5 saat əvvəl sosial media hesabında paylaşdığı görüntülərə daxil olub.
Görüntülərdə Aykutun evini təmizlədiyi anlar əks olunub.
Həmin görüntüləri təqdim edirik:
Roza Şəfiyeva