ABŞ prezidenti Co Baydenin administrasiyası "Meta" korporasiyasından sosial şəbəkələrdə yeni koronavirusla bağlı nəşrlərə senzura tətbiq etmək istəyib.
QÜTB.AZ xəbər verir ki, bu barədə korporasiyanın rəhbəri Mark Zukerberqin məktubunda deyilir.
“Ağ Ev də daxil olmaqla, Bayden Administrasiyasının yüksək vəzifəli məmurları 2021-ci ildə aylar ərzində komandamıza yumoristik və satirik material da daxil olmaqla müəyyən COVID-19 məzmununu senzura etmək üçün dəfələrlə təzyiq göstərdilər. Biz bununla razılaşmayanda komandamızdan narazılıqlarını bildirdilər”, - məktubda qeyd olunur.
“Mən qəti şəkildə inanıram ki, biz bu və ya digər istiqamətdə administrasiya təzyiqinə görə məzmun standartlarımızı güzəştə getməməliyik. Və bu bir daha baş verərsə, cavab verməyə hazırıq”, - deyə Zukerberq əlavə edib.
Məktubda bildirilir ki, 2020-ci il ABŞ seçki yarışı zamanı Federal Təhqiqat Bürosu "Bayden ailəsi və Ukrayna enerji şirkəti "Burisma"nın iştirakı ilə mümkün Rusiya dezinformasiya əməliyyatı" barədə xəbərdarlıq edib. Zukerberqin sozlərinə görə, ekspertlər sonradan müəyyən ediblər ki, "New York Post" qəzetində bu mövzuda dərc olunan məlumatlar dezinformasiya deyil. Onların apardıqları audit zamanı bu mövzu ilə bağlı materialların paylanmasını məhdudlaşdırıb. Zukerberq belə məhdudiyyətlərin bir daha tətbiq olunmayacağını bildirib.
Adəm Abbaslı