Rusiya Federasiyası Çelyabinsk Mərkəzi Rayon Məhkəməsi bir qadını qətlə yetirməkdə, o cümlədən digər qadını oğurlamaqda və 14 il dustaq saxlamaqda təqsirləndirilən yerli sakin barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
"Məhkəmə müstəntiqin vəsatətinə baxaraq, onun təmin edilməsi, 2023-cü il sentyabrın 30-dək iki ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib", - deyə hakim bildirib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, əvvəllər Rusiya Federasiyasının İstintaq Komitəsi həmin şəxsi adam oğurluğu, qətl və zorlamada ittiham edib, müstəntiq həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət göndərib. Yerli sakinə qarşı iki cinayət üzrə iş (adam oğurluğu və adam öldürmə işi) açılıb.
Milli.Az