07.06.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

Meksika ABŞ-la sərhədə 10 min əsgər yerləşdirir

04 fev 2025 17:00
DÜNYA
ads
Advertisement

Meksika prezidenti Klaudiya Şeynbaumla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

QÜTB.AZ xəbər verir ki, telefon danışığından sonra Şeynbaum cari məsələlərlə bağlı açıqlama verib.

O, ABŞ-Meksika sərhədində 10 min Milli Qvardiya əsgərinin yerləşdiriləcəyini və bunun müqabilində ABŞ-ın müasir silahların Meksikaya qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısını alacağını bildirib.

Eyni zamanda, Tramp sosial media hesabından verdiyi açıqlamada Meksikaya fevralın 1-dən tətbiq edilən gömrük rüsumunu dayandırdığını qeyd edib:

"Şeynbaumla çox mehriban danışıq keçirdim. O, Meksika və ABŞ-ı ayıran sərhədə dərhal 10 min əsgər göndərməyə razılaşdı. Biz həmçinin danışıqlar aparacağımız bir aylıq müddət üçün gömrük rüsumlarını dərhal dayandırmağa razılaşdıq”.

Tramp bu addımın qeyri-qanuni mühacirlərin ABŞ-a keçməsinin qarşısını alacağını, həmçinin Meksika ilə ticarət danışıqlarını səbirsizliklə gözlədiyini qeyd edib.

Roza

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur