"Manaf zəhmət çəkib maşını özü sürərdi, mən də oturardım sərnişin kürsüsündə".
Publika.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, bunu aşıq Zülfiyyə İbadova müğənni Manaf Ağayevin ittihamlarına cavab verərkən deyib.
Onun sözlərinə görə, əgər avtomobili sürətlə sürməsəydi, Manaf Ağayev vaxtında məclisə çatmayacaqdı:
"Bu da mənim çox sağ olumdur? İkimiz bir efirdə qonaq idik, sual verdilər, Manaf Ağayev də bunu zarafatla açıqladı. Nə olsun, Manaf səni toya aparıb vaxtında çatdırdım ki... Açığı mən Manafın belə qorxaq olduğunu bilmirdim".
Xatırladaq ki, müğənni Manaf Ağayev Aşıq Zülfiyyəni pis avtomobil idarə etməkdə ittiham edib:
"Avtomobillə oynamaq olmaz. Ümumiyyətlə, sürətlə avtomobil idarə edənləri sevmirəm. Bir dəfə Zülfiyyə xanımla yol getmişəm, həyatıma nifrət elədim. Zülfiyyə xanım avtomobili yüksək sürətlə - 200 sürətlə sürürdü. Avtomibil "mən ölüm, sən ölüm"ə baxmır. Bir saniyə içində faciə baş verir".