02.05.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Səhvlərdən dərs çıxarıb, yeni mövsümə fərqli hazırlaşacağıq

20 apr 2025 04:00
GÜNDƏM
ads
Advertisement

"Əvvəlcə gözəl atmosferə görə azarkeşlərə təşəkkür edirəm. Bu dəstək komandaya stimul verir. Azarkeşsiz oyun maraqsız görünür".

 

Modernn.az xəbər verir ki, bu sözləri "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XXXI turunda "Neftçi"yə 3:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

 

O, komandasından razı qaldığını bildirib: "Yaxşı oynadıq. Qarşımızda "Neftçi" kimi ciddi komanda var idi. Onlara qarşı keçirdiyimiz oyunlar hər zaman çətin keçir. "Ağ-qaralar" son həftələrdə istədikləri nəticəni əldə edə bilməsələr də, gələcək üçün yaxşı iş görürlər".

 

Mütəxəssis kolumbiyalı müdafiəçi Kevin Medinanın son oyunlarda oynamaması barədə danışıb: "Mateus Silva özünü yaxşı tərəfdən göstərir deyə, ona şans veririk. Medinadan razıyıq. Abbas Hüseynov da hazırda formasını bərpa edir".

 

Təcrübəli çalışdırıcı Nəriman Axundzadənın inkişaf etdiyini söyləyib: "Əvvəl idman formasından uzaq idi. Onunla fərdi söhbətlərim olub. Düzünü desəm, tam olaraq Nərimandan razı deyiləm. O, daha çox qol vurmaq potensialına malikdir. Qol vurmaq Axundzadənin borcudur".

 

Q.Qurbanov Yassin Benzianı komandada saxlamaq istədiklərini vurğulayıb: "Danışıqlar gedir. Benzia önəmli futbolçudur. İşləyirik ki, bizimlə olsun".

 

Onun sözlərinə görə, bu mövsüm Avropa Liqasında iştirak etmələri özləri üçün yaxşı təcrübə olub: "Bəzi matçlarda uğursuzluq yaşadıq. Amma futbolçular əsl xarakter göstərdilər. Builki səhvlərdən dərs çıxarıb, yeni mövsümə fərqli hazırlaşacağıq".

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur