Ermənistanda Rusiyaya qarşı daha bir vandalizm hərəkəti qeydə alınıb.
Publika.az xəbər verir ki, ermənilər Rusiya bayrağına qarşı hörmətsizlik ediblər. Hadisə İrəvanda Leninqrad blokadasında ölən uşaqların xatirəsinə ucaldılmış abidənin qarşısında baş verib.
Vandallar abidəyə yaxınlaşaraq onun qarşısına qoyulmuş əklilləri dağıdıblar. Əklillərin üzərində olan Rusiya bayraqlarını isə tapdalayıblar.
Tural