28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

FTB məşhur idmançını axtarır: Mafiya başçısı imiş

18 okt 2024 16:00
İDMAN
ads

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) 2002-ci ildə Solt Leyk Sitidə keçirilən Qış Olimpiya Oyunlarında iştirak etmiş məşhur kanadalı olimpiyaçı Rayan Veddinq haqqında həbs qərarı verib.

QÜTB.AZ xəbər verir ki, o, Meksikadan ABŞ və Kanadaya böyük miqdarda kokain qaçaqmalçılığında şübhəli bilinir. FTB bu səbəbdən onu beynəlxalq axtarışa verib.

43 yaşlı kanadalının həbsinə səbəb olan məlumat üçün 50 min dollar mükafat təyin edilib.

Rayan, Kolumbiyadan Meksikadan keçməklə ABŞ və Kanadaya yüzlərlə kiloqram kokainin daşındığı transmilli narkotik ticarəti əməliyyatına rəhbərlik edib. O, həmçinin narkotik alveri zamanı bir neçə qətldə ittiham olunur.

Keçmiş snoubordçu narkotik alveri dünyasında "El Jefe", "Gigante", "The Public Enemy" kimi ləqəblərlə tanınıb. O, hər il 60 ton kokain paylayan Meksikadan olan Sinaloa Karteli tərəfindən qorunan cinayət təşkilatının bir hissəsidir.

Veddinq əvvəllər də narkotik alverində təqsirli bilinib. Bu səbəbdən 2010-cu ildə 4 il müddətinə həbs olunub.

Qutb

ФБР разыскивает известного олимпийца. Подозревается в контрабанде кокаина

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur