"Meta" şirkətinin rəhbəri Mark Zukerberq həyat yoldaşı Pristilla Çan üçün xüsusi avtomobil hazırlatdırıb.
QÜTB.AZ xəbər verir ki, o, xanımının zövqünə uyğun limuzin düzəltdirib. Beləliklə indiyə kimi var olmayan "Porsche Cayenne Turbo GT" modeli ərsəyə gəlib.
Avtomobilin qiymətinin 200 min dollar olduğu hesab edilir.
Qeyd edək ki, 2003-cü ildə tanış olan Zukerberq və Pristilla bundan 9 il sonra ailə qurub. Cütlüyün 3 qızı var. Zukerberq hazırda dünyanın ən varlı ikinci adamıdır.