Rusiyalı senator Aleksey Puşkov Fransa prezidenti Emmanuel Makronun Avropa Parlamentinə seçkilər öncəsi fransızların əhval-ruhiyyəsini qiymətləndirərkən sərgilədiyi davranışı tənqid edib.
Publika.az xəbər verir ki, bu barədə Puşkov Telegram kanalında yazıb.
Puşkov Makronun seçkilər öncəsi anti-Rusiya ritorikasına arxalanmasını səhv adlandırıb və siyasətçinin fransız nəşrlərində eşidilən avtohipnoz və “Ukraynayönümlü söhbətlərə” uymamasını təklif edib.
“KİV-in yaratdığı informasiya mənzərəsi ilə vətəndaşların rəyi eyni şey deyil. Makron daha az fransız televiziyasına baxmalıdır. Fransız qəzetlərini də oxumamalıdır, təbii ki”, -Puşkov Makrona istehzalı məsləhətlər verib.
Daha əvvəl Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot demişdi ki, Makron Rusiyaya qarşı aqressiv ritorikasına görə “getdikcə tənhalaşır və gülüncləşir” . Filippo həmçinin ölkə vətəndaşlarını “dəli Makronu dayandırmağa” çağırıb.
Tural