29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Klublararası DÇ-də səbətlər bəlli oldu: Püşk bu sistemlə atılacaq – FOTO

05 dek 2024 04:00
İDMAN
ads
Advertisement

5 dekabr 2024-cü ildə Bakı vaxtı ilə saat 21:00-da Mayamidə (Florida, ABŞ) 2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatının püşkatma mərasimi keçiriləcək.

QÜTB.AZ xəbər verir ki, püşkatmadan əvvəl 32 komanda hər biri 8 komandadan ibarət 4 səbətə bölünüb.

Səbət 1: Avropanın dörd ən yüksək reytinqli komandası ilə Cənubi Amerikanın dörd ən yüksək reytinqli komandasından ibarətdir.

Səbət 2: Avropadan qalan 8 komandadan ibarətdir.

Səbət 3: müvafiq olaraq Asiya, Afrika və KONKAKAF zonasının ən yüksək reytinqli iki komandası, eləcə də Cənubi Amerikanın qalan iki klubundan ibarətdir.

Səbət 4: müvafiq olaraq Asiya, Afrika və CONCACAF-dan qalan iki komandadan, həmçinin Okeaniyadan olan bir nümayəndədən və ev sahibi ölkəni təmsil edən “İnter Mayami”dən ibarətdir.

Püşkatma zamanı prinsip tətbiq olunacaq – heç bir qrupa eyni konfederasiyadan birdən artıq komanda daxil edilə bilməz. Bu, turnirdə 12 klubla təmsil olunacaq Avropa zonası (UEFA) istisna olmaqla, bütün konfederasiyalara aiddir. 8 qrupdan dördündə iki Avropa klubu çıxış edəcək. Eyni assosiasiya ölkəsinin klubları eyni qrupa daxil edilə bilməz.

ABŞ-ın iki klubu, “İnter Mayami” və “Seetl Saunders” avtomatik olaraq A və B qruplarında dördüncü yerdə yer alacaq. “İnter Mayami” turnirin ilk oyununu Mayamidəki Hard Rock Stadiumunda keçirəcək.

2025-ci il Klublararası Dünya Çempionatı 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-ın 11 şəhərində 12 arenada keçiriləcək.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur