Rusiyada cəzasını çəkdikdən sonra azadlığa çıxan məhbus koloniyanın qapısında güllələnib.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Mash Iptash” məlumat yayıb. Hadisə Kazanın Proizvodstvennaya küçəsində yerləşən 2 saylı koloniyanın yaxınlığında baş verib.
İlkin məlumatlara görə, zorlamaya görə cəza çəkən şəxs bu gün islah koloniyasından azad edilib. Həbsxananın çıxışında onu qurbanın yaxınlarından biri qarşılayıb və travmatik silahla atəş açmağa başlayıb.
Kişi yaralanıb və xəstəxanaya yerləşdirilib. Hücum edən şəxs saxlanılıb. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.
Tural