Bu gün Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin anım günüdür
Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Rusiya Federasiyasının Həştərxan vilayətinin Vladimir rayonunda hərbçi ailəsində anadan olub. Çingiz həkim olsa da, jurnalistikaya böyük həvəs göstərib.
Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Çingiz Azərbaycan-Ermənistan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaradıb. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə işıq üzü görüb.
1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş apararkən aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürməyib.
Azərbaycanın qəhrəman oğlunu rəhmətlə anırıq!