"Qarabağ" yarımmüdafiəçi Kadi Borxesin transferi üçün "Krasnodar"a rəsmi təklif göndərib.
Publika.az xəbər verir ki, bu barədə "RB Sport" məlumat yayıb.
Bildirilir ki, ötən gün Rusiya klubuna Ağdam təmsilçisindən rəsmi təklif gəlib. Bununla tərəflər arasında danışıqlar başlanıb. Kadi özü də “Qarabağ”a qayıtmaq istəyir. Buna görə futbolçu agentinə danışıqlara qoşulmağı tapşırıb.
27 yaşlı Kadi 2023-cü ilin yanvarında "Krasnodar"a "Qarabağ"dan transfer olunub. Borxes ötən mövsüm "buğalar"ın heyətində 33 matçda meydana çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun klub ilə mövcud müqaviləsinin müddəti 2026-cı ilin yayına kimidir. Kadinin bazar dəyəri 3,5 milyon avro olaraq qiymətləndirilir.
Heybət