Şimali Atlantika Müqaviləsi Təşkilatı ( NATO ) Almaniyadakı qərargahı ilə Ukrayna əsgərləri üçün hərbi yardım və təlimlərin əlaqələndirilməsi üçün xüsusi komandanlığın yaradılması üzərində işləməyə davam edir .
QÜTB.AZ xəbər verir ki, bu barədə NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer "RİA Novosti"yə bildirib .
“Biz NATO-nun şərq qanadının ərazisindəki logistika mərkəzi olan Almaniyadakı komandanlığın daxil olduğu Ukrayna ordusuna yardım və təlimlərin koordinasiyası üçün xüsusi missiyanın işə salınması üzərində fəal işləyirik. Bu işə 700-ə yaxın insan cəlb olunacaq”, - Bauer deyib.
Sentyabrın 14-də Bauer bildirib ki, Ukraynanın Rusiya ərazisində uzaqmənzilli silahlardan istifadəsinə mümkün icazənin verilməsi hərbi baxımdan haqlıdır.
Hüseyn İbadlı