İranın Cənubi Qafqaz regionunda vəziyyət və tranzit dəhlizləri ilə bağlı dəqiq mövqeyi var.
Publika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nser Kənani bildirib.
“Biz region ölkələrində sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üçün çox səy göstəririk. Biz bir daha vurğulayırıq ki, tranzit əməkdaşlığının inkişafı geosiyasi dəyişikliklərə və ölkələrin ərazi bütövlüyünün və milli suverenliyinin pozulmasına əsas ola bilməz”, - deyə Kənani bildirib.
Tural