Bakı çimərliyində 99-NU-019 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün özbaşnalığı görənləri şoka salıb.
Milli.Az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış prodüser-aparıcı Tarix Əliyev (Tolik) paylaşım edib.
Görüntüləri Tolikə yollayan şəxsin sözlərinə görə, sürücü çimərlikdə olan iti öldürüb. Daha sonra heç nə olmamış kimi qadağan olan yerdə maşınını saxlayıb və dənizdə çimib.
T.Əliyev polisin məsələyə tezliklə müdaxilə etməsi üçün onları sosial şəbəkə hesabında işarələyib.
"Bu videonu mənə göndəriblər. Mən çox pis oldum. İti vurmusan, sonra heç nə olmamış kimi çimməyə getmisən. Daha sonra camaat narazılıq edib deyə götürüb iti paketə qoyub və dəniz qumunda basdırıb".
Həmin görüntüləri təqdim edirik:
Milli.Az