UEFA-nın mətbuat xidməti AVRO-2024-də hakimlərin izləyəcəyi əsas hakimlik tendensiyalarını rəsmi saytında dərc edib.
Publika.az xəbər verir ki, qurumun hakimlər üzrə İcraçı direktoru Roberto Rosetti komandasına, oyunçulara və məşqçilərə bütün qaydalar barədə məlumat verib.
Hakimlər VAR müzakirələri daxil olmaqla, məlumat təqdim etmək və əsas qərarları izah etmək üçün matçlar zamanı yalnız komanda kapitanları ilə ünsiyyətə açıq olacaqlar. Bu zaman hakimlə yalnız kapitan və ya kapitan qapıçıdırsa, təyin edilmiş sahə oyunçusu danışmalıdır. Digər oyunçular hakimə hörmət etməli, məsafəni saxlamalı və matç rəsmilərini əhatə etməməlidir. Bildirilib ki, hakimlər aqressiya və fikir ayrılığı halları ilə sərt davranılmalıdır.
Ədalət təmsilçilərinə həmçinin kobud qayda pozuntularına, cərimə meydançasındakı pozuntulara, simulyasiyalara və qərarlara təsir etmək üçün təzyiq göstərən oyunçulara qarşı sərt olmaq tapşırılıb.
Heybət