16.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Aynur Camalqızı: "Azərbaycanda möcüzəvi hadisələr baş verir"

07 fev 2024 17:00
GÜNDƏM
ads
Advertisement

"Azərbaycanda möcüzəvi hadisələr baş verir. Bunun simvolik mənası heyrətamiz dərəcədə böyükdür. Ölkəmiz suverenliyini bütün ərazilərdə tam bərpa etdikdən sonra ilk seçki baş verir. Biz azərbaycanlılar olaraq hazırda prosesin ortasında olduğumuz üçün bəlkə də tam idrak edə, anlaya bilmirik. Əslində bu günün üzərindən 10 il, 50 il keçdikdən sonra anlayacağıq ki, necə əlamətdar, möhtəşəm anlara, hadisələrə şahidlik etmişik".

Publika.az xəbər verir ki, bu fikirləri "Teleqraf" Media Qrupun rəhbəri Aynur Camalqızı Real Təhlil İnformasiya Mərkəzində çıxışı zamanı səsləndirib.

Aynur Camalqızı qeyd edib ki, biz bu gün 2020-ci ilin sentyabrında başlanan hadisələrə möhür vururuq: "Bəlkə də bundan 4-5 il öncə Şuşada, Xocalıda, Xankəndidə seçki keçiriləcəyi yatsaq da yuxumuza gəlməzdi. Tariximizin bu dönəmi Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılacaq. Biz həm torpaqlarımızı azad etdik, həm də anti-terror tədbirləri ilə separatizmin kökünü kəsdik. Düşünürəm ki, sülh və əmin-amanlığın gəlişi məhz Xankəndidə öz təcəssümünü tapdı. Biz Xankəndidə bu torpaqlara barış, sülh, təhlükəsizlik gətirdik deyə dünyaya mesaj ötürdük".

Daha ətraflı videoda:


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur