UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Publika.az xəbər verir ki, mərasim Nyondakı UEFA-nın mənzil qərargahında baş tutub.
Turnirin favoritlərindən "Liverpul" "Sparta"ya, "Bayer Leverkuzen" "Qarabağ"a, "Milan" isə "Slaviya"ya rəqib olub. Turnirin son finalçısı "Roma" "Brayton"la münasibətlərinə aydınlıq gətirəcək.
1/8 finalın ilk matçları martın 7-də, cavab qarşılaşmaları isə martın 14- keçiriləcək.
Avropa Liqası: 1/8 final cütləri
"Sparta" (Çexiya) - "Liverpul" (İngiltərə)
"Marsel" (Fransa) - "Vilyarreal" (İspaniya)
"Roma" (İtaliya) - "Brayton" (İngiltərə)
"Benfika" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)
"Frayburq" (Almaniya) - "Vest Hem" (İngiltərə)
"Sportinq" (Portuqaliya) - "Atalanta" (İtaliya)
"Milan" (İtaliya) - "Slaviya" (Çexiya)
"Qarabağ" (Azərbaycan) - "Bayer Leverkuzen" (Almaniya)
Heybət