Qazax rayon Daş Salahlı kəndində avtomobil qəzası olub, xəsarət alanlar var.
Publika.az "Report"a istinadən xəbər verir ki, "Opel" markalı avtomobilin idarəetmədən çıxaraq su ötürücü boruya çırpılıb.
Qəza nəticəsində, 1969-cu il təvəllüdlü Ş.Əhmədova, 1991-ci il təvəllüdlü M.Süleymanov, 1992-ci il təvəllüdlü Ş.Süleymanova və 2015-ci il təvəllüdlü Z.Pənəhova müxtəlif bədən xəsarətləri alıblar.
Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.