Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan Publika.az-a verilən məlumata görə, yanvarın 29-dan fevralın 4-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda piyada əleyhinə 78, tank əleyhinə 16 mina və 150 partlamamış hərbi sursat aşkarlanıb.
Bildirilib ki, 336,5 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.