14.09.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

Bakı Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi edəcək? - Prezidentin köməkçisindən CAVAB

26 iyl 2025 19:00
DÜNYA
ads

“Biz hər kəsi qəbul etməyə hazırıq, lakin heç kimi buna məcbur edə bilmərik. Bunun üçün onlar bizə müraciət etməlidir”.

Qutb.az xəbər verir ki, bu açıqlamanı “Berliner Zeitung” nəşrinə müsahibəsi zamanı Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakının Rusiya ilə Ukrayna arasındakı danışıqlar üçün platforma ola biləcəyi ilə bağlı sualı cavablandıran zaman verib.

“Bakı artıq bütövlükdə Xəzər regionunun diplomatik paytaxtıdır. Burada Türkiyə və İsrail arasında danışıqlar baş tutub. Suriya və İsrail arasındakı müzakirələr də Bakıda keçirilib. Rusiya və ABŞ da raket əleyhinə müdafiə məsələsi ilə bağlı strateji danışıqlarını Bakıda aparıblar. Son vaxtlarda Bakıda digər diplomatik tədbirlər keçirilib. Biz hər kəsi qəbul etməyə hazırıq, lakin heç kimi buna məcbur edə bilmərik. Bunun üçün onlar bizə müraciət etməlidir”, - deyə Azərbaycan Prezidentinin köməkçisi bildirib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
155 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur