Ukrayna ABŞ-nin uzaqmənzilli silahları ilə Rusiya ərazisinə yaxın günlərdə zərbələr endirə bilər.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Agentliyin mənbələri planlaşdırılan hücumların təfərrüatlarını açıqlamayıblar.
Bundan əvvəl “The New York Times” ABŞ Prezidenti Cozef Baydenin Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verdiyini yazıb. Ağ Ev, Dövlət Departamenti və Pentaqon bununla bağlı sorğulara hələ cavab verməyib.