Sabahda yeni müqavilələr - FOTO
"Sabah" üç basketbolçu ilə müqaviləni uzadıb.
QÜTB.AZ xəbər verir ki, klubdan verilən məlumata görə, Azərbaycan çempionu Ender Poladxanlı, Şirzad Şirzadov və Əlikyamran Məmmədovla danışıqlar müsbət yekunlaşıb.
Milli komandanın üzvləri 2024/2025 mövsümündə Bakı təmsilçisinin heyətində çıxış edəcək.
Qeyd edək ki, “Sabah” yeni mövsümdə Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasında çıxış edəcək.
İdman.biz