Rusiya Milli Qvardiyasının Rəqəmsal İnkişaf və İnformasiyanın Mühafizəsi Departamentinin rəisi, general-mayor Mixail Varentsov saxlanılıb.
Qutb.az TASS-a istinadən xəbər verir ki, o, külli miqdarda dələduzluqla bağlı cinayət işi çərçivəsində tutulub.
Qeyd olunur ki, bir ay əvvəl bu işlə bağlı Rusiya Milli Qvardiyasının əsas informasiya texnologiyaları mərkəzinin rəhbəri Nikolay Çepkasov da həbs edilib.
Hər iki təqsirləndirilən şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsində (xüsusilə külli miqdarda dələduzluq) nəzərdə tutulan cinayəti törətməkdə ittiham olunur. Çepkasov və Varentsovu 10 ilə qədər həbs gözləyir