Yaponiyada uşaq istismarı hallarının sayı əvvəlki ilə nisbətən 6,1 artaraq 122 min 806-ya çatıb.
Publika.az xəbər verir ki, bu barədə Yaponiyanın Milli Polis Agentliyi (Keisatsucho) açıqlama verib.
Ötən il uşaqlara qarşı zorakılıq halları ilə bağlı cinayət araşdırmalarının sayı əvvəlki ilə nisbətən 9,4 faiz artaraq 2385-ə çatıb.
Ölkədə 1990-cı ildən bəri davamlı olaraq artan uşaq zorakılığı hallarında psixoloji və fiziki zorakılıq ötən il ilk sıralarda yer alıb.
Roza Şəfiyeva