İsveçrədə Ukrayna ilə bağlı keçiriləcək konfrans təkcə ayrı-ayrı ölkələrin deyil, Çin kimi qlobal oyunçuların da diqqətini cəlb edərək beynəlxalq diqqət obyektinə çevrilib.
Pekin nümayəndələri təşkilatçılara qoyulan şərtlərə əməl etmədiklərinə görə tədbirdə iştirak etməyəcəklərini bildiriblər.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” yazıb.
Tərəflər ədalətli müzakirə və bərabər təmsilçiliyi təmin etmək üçün həm Rusiya, həm də Ukraynanın iştirakının vacibliyini vurğulayıblar. Neytral İsveçrə hökuməti sammitdə geniş təmsilçilik axtarır və ümid edir ki, bu, Ukraynadakı vəziyyətin sülh yolu ilə həlli istiqamətində ilk addım olacaq. Lakin Çinin olmaması və Moskvanın dəvət olunmaması konfransın gedişinə və nəticələrinə təsir edə bilər. Sammitin iyunun 15-16-da keçirilməsi planlaşdırılır.
Sergey Lavrov Çinin bütün maraqlı tərəflərin iştirak edəcəyi sülh konfransının təşkilində əsas rol oynaya biləcəyi fikrini bildirib.
Tural