Yaponiyanın yeni "H3" raket daşıyıcısı Kaqosima prefekturasının cənub-qərbindəki Taneqaşima kosmodromundan buraxılıb.
Publika.az, bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi bildirib.
Buraxılış əvvəl fevralın 15-də baş tutmalı idi, lakin pis hava şəraiti səbəbindən təxirə salınmalı oldu.
JAXA daha sonra H3 ikinci mərhələ mühərrikinin uğurla işə salındığını bildirdi. Raket Yer orbitinə daxil olub, bundan sonra kiçik peyk həmişəki kimi ayrılıb
Bu, "H3" raketinin ikinci buraxılışıdır. 2023-cü ildə ilk cəhd zamanı ikinci mərhələ mühərrikinin işə salınmaması səbəbindən yapon mütəxəssisləri onun özünü məhv etməyə təşəbbüsü irəli sürülüblər. (trend)