Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub.
Publika.az xəbər verir ki, son oyun “Dalğa Arena”da keçirilib.
Ev matçlarını həmin arenada keçirən “Araz-Naxçıvan” “Neftçi”ni qəbul edib. Qarşılaşmanın taleyini 1 qol həll edib. Orxan Əliyev 90+2-ci dəqiqədə penaltidən vurduğu qol sayəsində “Araz-Naxçıvan”a 1:0 hesablı qələbə qazandırıb.
Qeyd edək ki, Premyer Liqada XXIII turun 4 oyunu fevralın 17-18-də, “Qəbələ” – “Qarabağ” görüşü isə 28-də keçiriləcək.