Rusiya aktivlərinin Aİ tərəfindən müsadirə edilməsi Avropa iqtisadiyyatını məhv edəcək.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
“Vaşinqton Aİ-ni Avropa iqtisadiyyatı üçün dağıdıcı olacaq oxşar addımı atmağa təhrik etmək üçün Rusiya aktivlərinin müsadirə edilməsi haqqında qanun qəbul etdi”, - Volodin teleqram kanalında yazıb. Onun sözlərinə görə, Rusiya vəsaitlərinin cəmi 5-6 milyard dolları ABŞ-dadır. Dünya üzrə cəmi 280 milyard dollar bloklanıb.
Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanın aktivlərinin müsadirə edilməsi haqqında qanun layihəsini Ukraynanın xeyrinə qəbul edib. Proses konqresin saytında yayımlanıb. 58 nəfər əleyhinə səs verib.
Akqabay