"Real"ın hücumçusu Vinisius Junior zədələnib.
QÜTB.AZ xəbər verir ki, bu barədə Madrid klubu məlumat yayıb.
Tibbi müayinədən sonra 24 yaşlı futbolçunun sol ayağının bud nahiyəsinin biseps əzələsindən zədə aldığı məlum olub.
Mətbuatda yayılan məlumatlara görə, Vinisiusun sağalması təxminən 3 həftə çəkəcək. Bu səbəbdən o, noyabrın 27-də baş tutacaq "Liverpul"a qarşı Çempionlar Liqasının vacib oyununu buraxacaq.
Qutb