03.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Yanvarın 1-dən bu avtomobillər qeydiyyata alınmayacaq

01 yan 2024 13:00
GÜNDƏM
ads

Yanvarın 1-dən Gürcüstan hakimiyyəti 2013-cü ildən əvvəl istehsal olunmuş avtomobillərin qeydiyyatına qadağa qoyub.

Publika.az xəbər verir ki, bu barədə respublika hökuməti müvafiq qərar qəbul edib.

Bu qərar avtomobillər üçün Avro-5 standartının tətbiqi ilə əlaqədar və havanın çirklənməsi ilə mübarizə çərçivəsində qəbul edilib. Yenilik Gürcüstanda artıq qeydiyyatda olan, 2013-cü ildən əvvəl istehsal olunmuş, həmçinin təkrar ixrac və ya tranzit üçün nəzərdə tutulan avtomobillərə şamil edilməyəcək.

Eyni zamanda, hakimiyyət 2013-cü ildən əvvəl istehsal olunmuş, 2023-cü il dekabrın 1-dən əvvəl xaricdən alınıb, konteynerə yüklənərək Gürcüstana göndərilən, lakin respublikaya 2024-cü il yanvarın 1-dən sonra gələcək avtomobillər üçün istisna edib. Onların qeydiyyatı rədd edilməyəcək.

2013-cü ildən əvvəl istehsal olunmuş avtomobillərin idxalına qadağa qoyulması ideyası Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə məxsusdur.

Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2022-ci ilədək respublikada 1,5 milyondan çox avtomobil, 635 mindən çox benzin mühərrikli, 300 mindən çox dizel mühərrikli avtomobil qeydiyyata alınıb.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur