Britaniyanın müdafiə naziri Qrant Şapps ölkəsinin Qırmızı dənizdəki gəmilərə hücumlarına görə husilərə qarşı birbaşa hərəkətə keçməyə hazır olduğunu bildirib.
Publika.az xəbər verir ki, İngiltərənin müdafiə naziri Qrant Şapps Britaniyanın “The Telegraph” qəzeti üçün “Qırmızı dənizi qorumalıyıq” başlıqlı məqalə yazıb.
Məqalədə İngiltərə Kral Donanmasının dekabr ayında Qırmızı dənizdə ticarət gəmilərini hədəf aldığı şübhəli bilinən pilotsuz təyyarəni raketlə vuraraq məhv etdiyini xatırladıb:
“Qırmızı dənizdə vəziyyət son dərəcə ciddidir və minlərlə mil uzaqda olmasına baxmayaraq, İngiltərədəki hər kəsə təsir edir”.
Şapps bəzi kommersiya gəmiçilik şirkətlərinin malların dünya üzrə daşınması üçün Qırmızı dəniz xəttindən istifadə etməkdən imtina etmək məcburiyyətində qaldığını da bildirib.
Aysel Şahmar