28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Yanaqlarda yeni trend

25 yan 2024 17:00
GÜNDƏM
ads

İl yarım əvvəl - Heyli Biberin dünyanı ilk dəfə "şirəli" dəri ideyası ilə tanış edəndə, bunun nəhəng bir tendensiyaya çevriləcəyini söyləsəydik, inandırıcı səslənməzdi. Lakin indi hər kəs yaxşı bilir ki, makiyajda, hətta saç düzümündə də parıltı vacibdir. Məşhur model şəxsi kosmetika brendinin reklamında parıltıdan və "şirə" effektindən maksimum istifadə etmişdi.

Publika.az xəbər verir ki, 2024-cü ildə bu effekti yanaqlarda daha çox görəcəyik. "Şirələnmiş yanaq" trendi əlbəttə ki, TikTok-da meydana çıxıb, lakin onun yaranmasında Heyli Biberin rolu da danılmazdır. Sosial şəbəkənin istifadəçiləri parlaq və çox işıqlı effekt etməyə imkan verən müəyyən məhsul kombinasiyaları ilə çıxış etdilər. Belə bir makiyaj şirniyyat üzərində yaxşı sabitləşmiş şirə ilə assosiasiya olunduğuna görə, istifadəçilər ona "şirələnmiş" ləqəbini verdi.

Bəs makiyaj çantamızdakı adi ənliklə bu effekti necə əldə etmək olar?

Hər şey ilk baxışdan göründüyündən daha sadədir. Dərinizi hərtərəfli nəmləndirməyə başlayın. Sağlam parıltı və dərinin qabıqlanmaması "şirəli" makiyajın əsas şərtləridir. Ağır tonal kremləri yüngül və su əsaslı məhsullarla əvəz edin. Əgər varsa, görünən qüsurları gizlədici (korrektor) ilə örtün. İstənilən effekti əldə etmək üçün ənlik krem ​​və ya maye halında olmalıdır. Ənliyi zövqünüzə uyğunlaşdıraraq üzünüzə çəkin. Daha təbii təsir üçün məhsulu yanağınızın almacıq sümüklərinə, burnunuzun ucuna tətbiq edin və ya liftinq effekti üçün məhsulu gicgahlardan yuxarıya doğru çəkin.

Sonda haylayterdən istifadə edin, zər effektindən daha çox "nəm" parıltı təsiri yaradan məhsul seçmək daha idealdır. Onu ənlik üzərinə tətbiq edin. Bəzi TikTok istifadəçiləri haylayter əvəzinə qalın teksturalı nəmləndirici serumdan istifadə etməyi təklif edir. Bu, dəriyə daha yaxşı parlaqlıq qazandırır.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur