08.12.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Azərbaycanda iş adamının milyonlarla pulu ələ keçirildi

08 dek 2025 16:00
GÜNDƏM
ads
Advertisement

Azərbaycanda iş adamının milyonlarla pulu ələ keçirilib. Şikayət əsasında biri keçmiş idman federasiyası prezidenti olmaqla, beş nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Qutb.az xəbər verir ki, dəstə üzvləri iş adamı Quvat Beybutovun 4 milyon manatdan çox pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunurlar.

2022-ci ilə kimi Sindo-ryu və Pençak-silat Federasiyasının prezidenti olmuş Ceyhun Əşrəfov və tanışları - Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun birgə dələduzluq əməli barəsində Baş Prokurorluğa əsaslı materiallar daxil olub.

Şikayətlə bağlı aparılan araşdırma nəticəsində məlum olub ki, Ceyhun Əşrəfov yuxarıda adları qeyd olunan tanışları ilə birlikdə Quvat Beybutova yalan vəd verib. Belə ki, onlar iş adamını Nəsimi rayonunda yerləşən 968-ci məhəllədəki fərdi yaşayış evlərinin sökülməsi və əvəzində çoxmərtəbəli binanın tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazənin alınacağına inandırıblar.

Məsələnin həll edilməsi üçün isə dəstə üzvləri Q.Beybutovdan hissə-hissə olmaqla ümumilikdə 4 milyon 19 min manat alıblar. Lakin onlar verdikləri vədə əməl etməyib, nəticədə xüsusilə külli miqdarda dələduzluq cinayəti törətmiş olublar.

Prokurorluq zərərçəkmişə vurulmuş ziyanın 1 milyon 442 min manatı ödətdirilib. C.Əşrəfov barəsində bir neçə gün əvvəl məhkəmə qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. Digərləri - Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanov isə həbs ediliblər.

Qeyd edək ki, zərərçəkmiş iş adamı Quvat Beybutov bir neçə il əvvəl deputatlığa namizəd olub. (Mənbə: qafqazinfo)

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur