Bülent Ersoy mərhum sənətçi Zeki Mürenin intihar etdiyini iddia edib.
Publika.az xəbər verir ki, sənətçi ötən gün Demet Akalın və Jess Molhonun TV8-də yayımlanan proqramının qonağı olub.
"Zəki bəy çox qısqanc idi və dərmanlarını içmirdi, ona görə öldü, intihar etdi... Bu şəkildə intihar etdi, heç kim bunun əksini deyə bilməz. Hər gün 38 həb qəbul etməli idi, rəqəm dəyişə bilər... Onu sonuncu dəfə İzmirdə meyitxanada gördüm, çıxartdırdım. Saqqalı uzanmışdı, saqqalında pambıq vardı. Hər iki yanağına toxundum və "mənə haqqını halal et" dedim. Heç vaxt ona qarşı tərbiyəsizlik etməmişəm...", - Bülent Ersoy qeyd edib.
Müğənninin sözlərinə görə, Zeki Mürenə bu qədər dərman yazılmasının səbəbi səhhətindəki bir çox problemlərlə bağlı olub. Bülent Ersoyun sözlərinə görə, Zeki Müren dərmanların onu tərlətdiyini bəhanə edərək onları qəbul etməyib.